MBTI Azərbaycan Cəmiyyəti
MBTI Azərbaycan Cəmiyyəti
Expand
ÖDƏNİŞSİZ TEST

Başlamadan əvvəl bilməli olduğunuz 3 şey:

  1. Testi bitirmək ən çoxu 12 dəqiqənizi alacaq.
  2. Sualı xoşlamasanız belə səmimi olmağa çalışın.
  3. Sualları cavabsız qoymamağa çalışın.
Ən çoxu 12 dəqiqənizi alacaq.
Səmimi cavab verin.
Sualı cavabsız qoymamağa çalışın.
Tez-tez əşyalarınızın yerini unudursunuz.
Tez-tez sosial yığıncaqlarda müəyyən məsuliyyəti öz üzərinizə götürürsünüz.
İşlərinizi həll etmək üçün kifayət qədər vaxt qalmayana qədər vaxt öldürürsünüz.
Bir valideyn kimi övladınızın mədəni olmasındansa ağıllı olmasını istərdiniz.
Siz tez-tez başqa insanlara həsəd aparırsınız.
Çox sayda insan qarşısında danışarkən özünüzü rahat hiss etməkdə çətinlik çəkirsiniz.
MEMAR
(INTJ-A)
  • DÜŞÜNCƏ
    Bu xüsusiyyət çevrənizə yanaşmanızı təyin edir.
    Ünsiyyətcil
    İçəqapalı
    45%
    ÜNSİYYƏTCİL
    55%
    İÇƏQAPALI
  • ENERJİ
    Bu xüsusiyyət zehni enerjinizi hara yönəltdiyinizi təyin edir.
    İntiutiv
    Hissi
    45%
    İNTİUTİV
    55%
    HİSSİ
  • QƏRARVERMƏ
    Bu xüsusiyyət qərarları necə qəbul etdiyinizi təyin edir.
    Məntiqli
    Duyğusal
    45%
    MƏNTİQLİ
    55%
    DUYĞUSAL
  • DAVRANIŞ
    Bu xüsusiyyət plan və işlərə yanaşmanızı təyin edir.
    Tənqidi
    Müşahidəçi
    45%
    TƏNQİDİ
    55%
    MÜŞAHİDƏÇİ
  • ŞƏXSİYYƏT
    Bu xüsusiyyət öz bacarıq və qərarlarınıza yanaşmanızı təyin edir.
    Asertiv
    Turbulent
    45%
    ASERTİV
    55%
    TURBULENT
XARAKTER TİPLƏRİ
Təhlilçilər
Portfolio Image
Portfolio Image
Portfolio Image
Portfolio Image
Diplomatlar
Portfolio Image
Portfolio Image
Portfolio Image
Portfolio Image
Mühafizəkarlar
Portfolio Image
Portfolio Image
Portfolio Image
Portfolio Image
Kaşiflər
Portfolio Image
Portfolio Image
Portfolio Image
Portfolio Image
NƏZƏRİYYƏ
Tanışlıq

Bizim testimizdən keçən şəxslərin verdiyi ilk sual “Bu hərflərin mənası nədir?” olur. Söhbət İNTJ-A, ENFP-T və ya ESTJ-A kimi sirli qısaltmalardan gedir. Bu qısaltmalardakı 5 hərfin hər biri xarakteri formalaşdıran 5 xüsusiyyətin göstəricisidir və müəyyən hərflər birləşərək müxtəlif xarakter tipləri və qruplarını formalaşdırır.

Xarakterin 5 aspekti

Bu hissə birləşərək tipləri formalaşdıran 5 aspekti izah edəcək:

  • Düşüncə

  • Enerji

  • QərarVermə

  • Davranış

  • Şəxsiyyət

Bu aspektlərin hər biri ortada neytral seçim olmaqla iki tərəflidir. Testi bitirdikdən sonra gördüyünüz faiz dərəcələri sizin aspektlər üzrə hansı xüsusiyyəti daha çox və daha az daşıdığınızı göstərir.
Gəlin xarakterin xüsusiyyətlərini bir-bir nəzərdən keçirək:


DÜŞÜNCƏ

Bu aspekt çevrənizə yanaşmanızı təyin edir:

İçəqapalı (İ)
Bu şəxslər təklikdə edəcəkləri fəaliyyətləri üstün tuturlar və sosiallaşmaq onları yorur. Onlar ümumilikdə xarici təsirlərə (səs, qoxu, mənzərə və.s) qarşı kifayət qədər həssasdırlar.
Ünsiyyətcil (E)
Bu şəxslər qrup fəaliyyətlərini üstün tuturlar və sosiallaşmaq onları daha enerjik edir. Onlar maraqlarını və həyəcanlarını içəqapalılara nisbətən daha çox ifadə edirlər.


ENERJİ

Bu aspekt zehni enerjinizi hara yönəltdiyinizi və dünyanı necə gordüyünüzü təyin edir:

Hissi (S)
Bu şəxslər yüksək dərəcədə praktik, tətbiq yönümlüdürlər və reallıqla əlaqələri güclüdür. Onlar güclü vərdişlər qazanmağa çalışırlar və ətraflarında baş verən hadisələri yaxşı sezirlər.
İntiutiv (N)
Bu şəxslər hər şeyə qaşı maraqlı olurlar, açıq fikirlidirlər və güclü təxəyyülləri var. Onlar durğunluqdansa, yeniliyi üstün tuturlar, dərin mənalar və gələcək imkanlara fokuslanırlar.


QƏRARVERMƏ

Bu aspekt qərarları necə qəbul etdiyinizi təyin edir:

Məntiqli (T)
Bu şəxslər üçün obyektivlik , rasionallıq və məntiqi hisslərdən üstün tutmaq vacib məsələdir. Onlar hisslərini gizlətməyə çalışırlar və məhsuldarlığı birgə verilən qərarlardan üstün tuturlar.
Duyğusal (F)
Bu şəxslər həssas və emosionaldırlar. Onlar Məntiqli şəxslərdən daha çox başadüşən və daha az rəqabətcildirlər. Digərləri ilə əməkdaşlıq etməyə və sosial harmoniyanı qorumağa çalışırlar.


DAVRANIŞ

Bu aspekt plan və işlərə yanaşmanızı təyin edir:

Tənqidi (J)
Bu şəxslər qərarlı, dəqiq və artıqlaması ilə planlıdırlar. Onlar şəffaflıq, praqnozçuluq və standartlara dəyər verirlər. Sturktur və planlar üzrə hərəkəti bədahətən davranışdan üstün tuturlar.
Rahat (P)
Bu şəxslər bədahətən və anlıq qərarlar vermədə və imkanları dəyərləndirmədə üstünlüyə malikdirlər. Onlar çevikdirlər və qayda-qanunlara tabe olmağı sevmirlər.


ŞƏXSİYYƏT

Son olaraq, bu aspekt öz bacarıq və qərarlarınıza yanaşmanızı təyin edir:

Asertiv (-A)
Bu şəxslər özgüvənli, soyuqqanlı və stresı qarşı dözümlüdürlər. Onlar az hallarda narahatçılıq keçirir və məqsədlərinə çatmaq onlar üçün elə də çətin deyil.
Turbulent (-T)
Bu şəxslər müəyyən qədər utancaqdırlar və stresə qarşı həssasdırlar. Gün ərzində müxtəlif hisslərə qapılırlar, onları uğurları motivasiya edir. Çox hallarda mükəməlliyətçi və inkişaf yönümlü olurlar.


Xarakter Rolları

İndi siz bilirsiniz ki, hər xarakter nələrdən təşkil olunub. Bəs müxtəlif xarakterləri bir-birilə əlaqələndirən nədir? Rollar bizim məqsədlərimizi, maraqlarımızı və fəaliyyətlərimizi təyin edir. 4 rol vardır:


Təhlilçilər ( Intiutiv və Məntiqli [ _NT_ ] xarakterlər )

Bu rolu daşıyan xarakter qrupu rasionallıq və tərəfsizlik nümayiş etdirirlər və intellektual müzakirələrdə və elmi və ya texnoloji sahələrdə daha uğurlu olurlar. Onlar həddən artıq azad, açıq-fikirli, iradəli və təxəyyüllüdürlər, hər şeyə fayda güdərək yanaşırlar və insanları nəyin razı salacağından çox, nəyin işləyəcəyi haqqında düşünməyə meyillidirlər. Bu xüsusiyyətlər Təhlilçiləri mükəmməl strategiyaçı şəxsiyyətə çevirir, digər tərəfdən isə sosial və romantik münasibətlərində onlara çətinliklər yaradır.



Diplomatlar ( Intiutiv və Duyğusal [ _NF_ ] xarakterlər )

Diplomatlar əməkdaşlıq etməyi sevirlər və digərlərinin hisslərini yaxşı başa düşürlər, məs bu səbəbdən diplomatiya və məsləhətçilik sahələri onlar üçün ən uyğun olanıdır. Bu rolu daşıyan xarakter qrupu güclü təxəyyülə və əməkdaşlıq bacarığına malikdirlər, çox hallarda iş yerlərində və sosial çevrələrində harmoniyanı onlar yaradırlar. Bu xüsusiyyətləri Diplomat xarakter qrupunu istiqanlı, başadüşən və təsirli şəxslərə çevirir, digər tərəfdən isə soyuqqanlı rasionallıq və ya çətin qərarlar qəbul etmək lazım gəldikdə onlar çətinlik çəkirlər.



Mühafizəkarlar ( Hissi və Təndiqi [ _S_J ] xarakterlər )

Mühafizəkar rolu daşıyan şəxslər əməkdaşlıq etməyi və praktiki fəaliyyəti sevirlər. Getdikləri yerdə qayda-qanun, təhlükəsizlik və stabillik yaradırlar. Bu rolu daşıyan xarakter tiplərinə malik insanlar çalışqan, diqqətli və ənənəvi olurlar. Onlar konkret qanunlara və vəzifəyə əsaslanan logistik və inzibati işlərdə (hüquq mühafizə və nəzarət) üstünlüyə malikdirlər. Bu xarakterli insanlar plana uyğun davranır və işin çətinliklərindən qaçmırlar, digər tərəfdən isə fərqli fikirləri və baxış tərzlərini qəbul etməkdə çox inadçıdırlar.



Kaşiflər ( Hissi və Rahat [ _S_P ] xarakterlər )

Bu xarakterli şəxslər bütün digərlər tiplərdən ən bədahətən və ani davranan şəxslərdir, ətraf mühitlə digər tiplərin bacarmayacağı tərzdə əlaqə yarada və hərəkət edə bilirlər. Kaşiflər praktiki və mənfəətpərəst şəxslərdir, çevik davranmaq və ani qərarlar qəbul etmək lazım gələn hallarda böyük üstünlükləri var. Onlar alətlər və üsullardan müxtəlif tərzlərdə istifadə edərək fiziki işlər görməkdə və insanları məmnun etməkdə mahirdirlər. Təəccüblü deyil ki, bu xarakterli şəxslər əl işlərində, satışda və böhran hallarında əvəzsizdirlər. Digər tərəfdən onların xüsusiyyətləri riskli işlər görməklərinə və ya uzunmüddətli fiziki zövqlərə qapılmaqlarına səbəb ola bilər.

HAQQIMIZDA
MBTİ Azərbaycan Cəmiyyəti
  • Bizim Vizyonumuz:
    Myers-Briggs Xarakter İndikatorunun ölkənin təhsil, iş və məişət həyatında şəxslərin fərdi xüsusiyyətlərinin anlaşılması üçün geniş çərçivədə tətbiqinə nail olaraq empatik və tolerant bir cəmiyyət formalaşdırmaq.

    Bizim Missiyamız:
    Katharine Cook Briggs və Isabel Briggs Myers tərəfidən aparılan qabaqcıl işləri MyersBriggs Xarakter İndikatorundan xüsusilə etik və dəqiq qaydada istifadə edərək ölkəmizdə davam etdirmək.

    Bu məqsədlərə aşağıdakı üsullarla nail olunacaqdır:
    • Xarakter tipinin faydalarını ölkə çərçivəsində yayaraq
    • Yeni anlayışları və araşdırmaları əhatə edəcək şəkildə MBTİ nəzəriyyəsini genişləndirərək
    • Xarakter tipinin mürəkkəb və dəyişkən bir sistem olaraq anlaşılması üçün uyğun vasitələr taparaq və istifadəsi təşviq edilərək
    • Konfrans, seminar və ünsiyyət klubları vasitəsilə bu sahədə bilik verərək

    Saytda və sosial şəbəkə hesablarımızda təqdim olunan materiallar 16personalities.com mənbənsinə əsaslanaraq hazırlanmış və ya bir-başa götürülərək istifadə edilmişdir.
Psixoloqla görüş
Görüş haqqında məlumat
Müddəti 60 dəqiqə
Məkan The Office CoWorking Space
Ünvan 28 may m/s yaxınlığı
Ödəniş 30 AZN
Fərdi görüş üçün qeydiyyat